1 noyabrdan Bakı-Tbilisi-Bakı marşrutu ilə yeni qatar hərəkət edəcək

Noyabrın 1-dən Bakı–Tbilisi–Bakı beynəlxalq sərnişin marşrutu üzrə yeni qatarın hərəkətinə başlanılacaq.
Azturkxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Məlumata görə, yeni qatar standard, standard+ və biznes sinif vaqonlarından ibarət olacaq. Yeni qatarın istifadəyə verilməsi ilə Bakı və Tbilisi şəhərləri arasında gündəlik reyslərin sayı 2-dən 4-ə çatdırılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: