azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edəcək

30-10-2026

Ədliyyə naziri Fərid Əhmədov 6 noyabr 2026-cı il tarixində Samux rayonunda Gəncə şəhəri, Daşkəsən, Goranboy, Naftalan, Samux və Göygöl rayonlarının sakinlərini qəbul edəcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 5 noyabr tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Gəncə regional ədliyyə idarəsinə (ünvan: Gəncə şəhəri, 28 May küçəsi 52, əlaqə telefonu: +994 12 510 10 01, daxili nömrə: 17141, 17131, 17171) müraciət edərək qəbula yazıla bilərlər.

Həmçinin qebul@justice.gov.az e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031