azturkxeber.az
http://azturkxeber.az

Zəfər paradı ilə əlaqədar avtobusların hərəkət sxemi dəyişdirilir

04-11-2025

Zəfər paradı ilə əlaqədar avtobusların hərəkət sxemi dəyişdirilir

Bakıda keçiriləcək Zəfər paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyət səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır, 23 marşrutun hərəkət sxemi dəyişdirilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Dəyişikliyə əsasən:

• 1, 2, 46 və H1 nömrəli marşrutlar “28 May” NMM - Puşkin küçəsi — Nizami küçəsi — Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

• 4 nömrəli marşrut “28 May” NMM — Puşkin küçəsi — Nizami küçəsi — Yusif Səfərov küçəsi — Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Mərkəzi Bulvar küçəsi — 1-ci Yaşıl Ada küçəsi (Ağ şəhər) — Xaqani Rüstəmov küçəsi — Süleyman Vəzirov küçəsi — Nəcəfqulu Rəfiyev küçəsi — Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

• 5 nömrəli marşrut “Nəriman Nərimanov” metrostansiyası — Süleyman Rəhimov küçəsi (“28 May” metrostansiyası) istiqamətində hərəkət edəcək.

• 6 nömrəli marşrut iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət "Azadlıq prospekti" metrostansiyası — Axundov bağını, ikinci istiqamət 20-ci Sahə (Ö.Nemanzadə küçəsi) — Su İdmanı Sarayı — “Binə” ticarət mərkəzini əhatə edir.

• 10 nömrəli marşrut Mikayıl Müşfiq küçəsi — Abdulla Şaiq küçəsi — Şəmsi Bədəlbəyli küçəsi — “28 May” NMM — Puşkin küçəsi — Nizami küçəsi — Yusif Səfərov küçəsi — Xocalı prospekti — Nəcəfqulu Rəfiyev küçəsi — Süleyman Vəzirov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Süleyman Vəzirov küçəsi — Nəcəfqulu Rəfiyev küçəsi — Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

• 18 nömrəli marşrutun son dayanacaq məntəqəsi Əhməd Cavad küçəsi (Nizami bağı) olacaq.

• 20 nömrəli marşrut “28 May” NMM — Puşkin küçəsi — Nizami küçəsi — Yusif Səfərov küçəsi — Xocalı prospekti — Nəcəfqulu Rəfiyev küçəsi — Süleyman Vəzirov küçəsi — Ağ Şəhər — 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti — Xaqani Rüstəmov küçəsi — Süleyman Vəzirov küçəsi — Nəcəfqulu Rəfiyev küçəsi — Xocalı prospekti — Yusif Səfərov küçəsi — Mehdi Mehdizadə küçəsi — 28 May küçəsi — Rəşid Behbudov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

• 21, 120 və 120E nömrəli marşrutlar “28 May” NMM — Kövkəb Səfərəliyeva küçəsi — Nizami küçəsi — Yusif Səfərov küçəsi — Xocalı prospekti — Nəcəfqulu Rəfiyev küçəsi — Süleyman Vəzirov küçəsi — Ağ Şəhər — 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti — Xaqani Rüstəmov küçəsi — Süleyman Vəzirov küçəsi — Nəcəfqulu Rəfiyev küçəsi — Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

• 30 və 49 nömrəli marşrutlar “28 May” NMM — Kövkəb Səfərəliyeva küçəsi — Nizami küçəsi — Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

• 32 nömrəli marşrut “28 May” NMM — Kövkəb Səfərəliyeva küçəsi — Nizami küçəsi — Yusif Səfərov küçəsi — Xocalı prospekti — Nəcəfqulu Rəfiyev küçəsi — Süleyman Vəzirov küçəsi — Ağ Şəhər — 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti — Xaqani Rüstəmov küçəsi — Süleyman Vəzirov küçəsi — Nəcəfqulu Rəfiyev küçəsi — Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

• 61 nömrəli marşrutun son dayanacaq məntəqəsi Rəşid Behbudov küçəsi olmaqla fəaliyyəti Səməd Vurğun küçəsi — Şəmsi Bədəlbəyli küçəsi — Rəşid Behbudov küçəsi ilə;

• 65 nömrəli marşrutun son dayanacaq məntəqəsi Axundov bağı olmaqla fəaliyyəti Şeyx Şamil küçəsi — İstiqlaliyyət küçəsi — Azərbaycan prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

• 88 nömrəli marşrutun son dayanacaq məntəqəsi Füzuli küçəsi olmaqla fəaliyyəti Azadlıq prospekti — Füzuli küçəsi — Rəşid Behbudov küçəsi ilə təşkil ediləcək.

• 88A nömrəli marşrut “28 May” NMM — Puşkin küçəsi — Nizami küçəsi — Yusif Səfərov küçəsi — Xocalı prospekti — Nəcəfqulu Rəfiyev küçəsi — Süleyman Vəzirov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Süleyman Vəzirov küçəsi — Nəcəfqulu Rəfiyev küçəsi — Xocalı prospekti — Yusif Səfərov küçəsi — Mehdi Mehdizadə küçəsi — 28 May küçəsi — Puşkin küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

• 125 nömrəli marşrutun son dayanacaq məntəqəsi “28 May” NMM olmaqla fəaliyyəti İpək yolu (Dairəvi yol) — Mikayıl Müşfiq küçəsi — Şəmsi Bədəlbəyli küçəsi ilə təşkil ediləcək.

• 149 nömrəli marşrut Sahil qəsəbəsi — “20-ci Sahə” dairəsi istiqamətində fəaliyyət göstərəcək.

• 205 nömrəli marşrutun fəaliyyəti İpək yolu (Dairəvi yol) — Mikayıl Müşfiq küçəsi ilə təşkil ediləcək.

• 72 və E1 nömrəli marşrutların fəaliyyəti müvəqqəti olaraq dayandırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930