azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə nazirinin müavini region sakinləri üçün videoqəbul keçirib

29-10-2026



Oktyabrın 29-da Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Abiddin Hüseynov tərəfindən Sumqayıt, Bərdə, Şəmkir və Gəncə regional ədliyyə idarələri ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib.

Azturkxeber.az xəbər verir ki, virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda Nazirliyin Notariat, qeydiyyat və reyestr Baş İdarəsi, Tibb Baş İdarəsi, İnsan Resursları İdarəsi və Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyət istiqamətləri ilə bağlı 6 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün *qebul@justice.gov.az* elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət edərək qəbula yazıla bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031