Ədliyyə Akademiyası hakimlər üçün təlim keçirib


Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Məhkəmə-Hüquq Şurasının müraciəti əsasında "İdarəetmə və liderliyin gücləndirilməsi" mövzusunda təlim keçirilib.
Azturkxeber.az xəbər verir ki, təlimdə 16 hakim iştirak edib. Onlara idarəetmənin funksiyaları və prinsipləri, liderliyin rolu, eləcə də təşkilati təcrübələr və peşə məsuliyyəti barədə ətraflı məlumat verilib.
İnteraktiv formada keçirilən təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: