azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq tədbirin iştirakçıları “ASAN xidmət”də

30-10-2026

Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə iştirak edən İraq, Özbəkistan, Qambiya, Mərakeş, Mozambik, Burkina-Fasodan olan nümayəndələr “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Azturkxeber.az xəbər verir ki, İraq tərəfi ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verib.

Qonaqlara “ASAN xidmət” modelinin intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi bildirilib. Diqqətə çatdırılıb ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.

İraq, Qambiya, Mərakeş, Mozambik və Burkina-Fasodan olan nümayəndələr “ASAN xidmət” modelinin innovativ yanaşmasını, vətəndaş məmnunluğuna əsaslanan fəaliyyət prinsipini və korrupsiyaya qarşı mübarizədə effektiv islahat kimi əhəmiyyətini yüksək qiymətləndirərək, dövlət xidmətlərinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və xidmətlərin vətəndaşlar üçün daha əlçatan olması məqsədilə Azərbaycanın bu qabaqcıl təcrübəsindən yararlanmaqda və modelin öz ölkələrində tətbiqində maraqlı olduqlarını vurğulayıblar.

Beynəlxalq tədbirin iştirakçıları həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031