azturkxeber.az
http://azturkxeber.az

Fərid Əhmədov Lerik rayonunda Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərini qəbul edəcək

27-07-2026

Ədliyyə naziri Fərid Əhmədov 7 avqust 2026-cı il tarixində Lerik rayonunda Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.

Azturkxeber.az-ın məlumatına görə, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 6 avqust tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Lənkəran regional ədliyyə idarəsinə (ünvan: Lənkəran şəhəri, Nizami küçəsi 1, əlaqə telefonu: +994 12 510 10 01 (daxili nömrə: 17531, 17520) müraciət edərək qəbula yazıla bilərlər.

Həmçinin qebul@justice.gov.az e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031