Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib



Tədbir iki qurum arasında imzalanmış əməkdaşlıq haqqında Memorandum çərçivəsində təşkil edilib.
Azturkxeber.az xəbər verir ki, seminarda ölkəmizdə probasiya sahəsində aparılan islahatlar, probasiya fəaliyyətində çoxsahəli yanaşmanın tətbiqi, o cümlədən probasiya nəzarətində olan şəxslərin sosial müdafiəsi və məşğulluq imkanlarının genişləndirilməsi, zərərçəkmişlə məhkum arasında mediasiya üzrə görülən tədbirlər barədə məlumat verilib.
Tədbir çərçivəsində, həmçinin Probasiya xidmətinin rəisi Vüqar Ağayevlə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva arasında görüş keçirilib. Görüşdə probasiya sahəsində elmi-praktiki əməkdaşlığın genişləndirilməsi, tələbələrin bu istiqamətdə bilik və bacarıqlarının artırılması, probasiya sahəsində beynəlxalq ekspertlərin və alimlərin cəlb edilməsi ilə birgə maarifləndirici tədbirlərin, konfransların təşkili və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: