azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan təmsilçisi Aydın Əlibəyov Moskvada beynəlxalq turnirin qalibi olub

27-11-2026

Aydın Əlibəyov Moskvada keçirilmiş beynəlxalq turnirin qalibi olub.

Bu barədə Azturkxeber.az-a Azərbaycan Respublikası Atçılıq Federasiyasından məlumat verilib.

“Vivat Rossiya” atçılıq mərkəzində təşkil olunmuş atçılığın dressaj növündə həmyerlimiz 4 cavan atla çıxış edib və hər dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının məlumatına görə yarışların ilk günündə o, 4 yaşlı atların mübarizəsində “Virakoça S” ləqəbli atla 92% nəticə ilə birinci, “Belle Fleur” atı ilə isə 84,4% nəticə ilə üçüncü olub. Aydın yarışların ilk günündə 5 yaşlı atlarla da yarışıb və ilk iki yerə sahib olub. “Roxuş” atı 83,6%-lə çempion olduğu kateqoriyada, o, “Dancing Rose” 82,2%-lə ikinci nəticə göstərib.

Yarışların ikinci günündə də Aydın Əlibəyovun və atlarının bacarığı hakimlər tərəfindən yüksək qiymətləndirilib. 4 yaşlı atların mübarizəsində “Virakoça S” və “Belle Fleur” atları müvafiq olaraq 91% nəticə ilə qalib və 83,6% göstərici ilə üçüncü olub. 5 yaşlı atların yarışında isə “Dancing Rose” 83,4% göstərici ilə gümüş, “Roxuş” isə 81,6% nəticə ilə bürünc medala layiq görülüb.

İki günün nəticəsinə görə cavan atların yarışında turnirin həm fərdi yarışlarında həm mütləq mübarizəsində qalib adını da məhz Aydın Əlibəyov qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30