azturkxeber.az
http://azturkxeber.az

“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb

27-11-2026

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc Hüquq Maarifçiləri” layihəsi uğurla başa çatıb.

Azturkxeber.az xəbər verir ki, layihənin əsas məqsədi gənclərin hüquqi biliklərinin artırılması, hüquqi maarifləndirmə sahəsində təşəbbüskarlığının və fəallığının dəstəklənməsi, eləcə də gənclər arasında hüquq mədəniyyətinin təşviqindən ibarət olub.

Layihə çərçivəsində Bakı şəhərində hüququn müxtəlif istiqamətlərini əhatə edən maarifləndirici təlimlər təşkil edilib. Təlimlərdə fəallığı ilə seçilən iştirakçılar əldə etdikləri bilik və təcrübəni Quba və Lənkəran şəhərlərində digər gənclərlə bölüşərək hüquqi maarifləndirmə tədbirləri həyata keçiriblər.

Əmək hüquqları, insan hüquqlarının müdafiəsi, fərdi məlumatların qorunması, Konstitusiya və təhsil hüququ kimi mövzuları əhatə edən layihə gənclərin hüquqi biliklərinin artırılmasına, onların maarifləndirmə prosesində fəal iştirakına və regionlarda hüquq mədəniyyətinin təşviqinə töhfə verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30