Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb









Aprelin 29-da doğma yurduna yola salınan köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb.
Azturkxeber.az xəbər verir ki, bu mərhələdə Badara kəndinə köçürülən 59 nəfərdən ibarət 16 ailəyə, Xanabad kəndinə 46 nəfərdən ibarət 10 ailəyə, Təzəbinə kəndinə 15 nəfərdən ibarət 3 ailəyə, Xanyurdu kəndinə isə 25 nəfərdən ibarət 4 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: