azturkxeber.az
http://azturkxeber.az

Xankəndi, Xocalı və Ağdərəyə yola salınan köç karvanları çatıb

30-01-2026

Yanvarın 30-da doğma yurduna yola salınan köç karvanı Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.

Azturkxeber.az-a verilən məlumata görə, Kərkicahan qəsəbəsinə köçürülən 25 nəfərdən ibarət 5 ailəyə, Xanyurdu kəndinə 24 nəfərdən ibarət 6 ailəyə, Təzəbinə kəndinə 41 nəfərdən ibarət 8 ailəyə, Həsənriz kəndinə isə 52 nəfərdən ibarət 10 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031