“Səyyar Gənclər evi” layihəsi çərçivəsində onkoloji müalicə alan uşaqlarla görüş keçirilib





Gənclər və İdman Nazirliyinin “Səyyar Gənclər evi” layihəsi çərçivəsində Milli Onkologiya Mərkəzində müalicə alan uşaqlarla görüş təşkil olunub.
Azturkxeber.az xəbər verir ki, görüş zamanı “Gənclər evi” əməkdaşlarının iştirakı ilə uşaqlar üçün innovasiya və yaradıcılıq yönümlü vorkşoplar, əyləncəli oyunlar təşkil edilib, onlara müxtəlif hədiyyələr təqdim olunub. Proqram həm ümumi oyun otaqlarında, həm də fərdi palatalarda həyata keçirilib.
Taekvondo üzrə dünya və Avropa mükafatçısı Fəridə Əzizova da uşaqlarla görüşərək səmimi söhbət edib, onlara hədiyyələr təqdim edib və bu xoş təşəbbüsə öz töhfəsini verib.
Təşəbbüsə qoşulan “IT Innovations Computer Academy”nin əməkdaşları tərəfindən 3D qələmlər vasitəsilə innovativ vörkşop təşkil olunub. Bu fəaliyyət uşaqların yaradıcılıq bacarıqlarının inkişafına və onların maraqlı vaxt keçirməsinə şərait yaradıb.
Layihənin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkilinə, yaradıcılıq potensialının inkişafına, mənəvi dəstəklənməsinə, eləcə də onların sevgi, diqqət və qayğı ilə əhatə olunmasına töhfə verməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: