Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri, işğaldan azad olunmuş ərazilərdə daimi məskunlaşmanın təşkili üzrə komissiyanın sədri Eldar Zeynalov oktyabr ayı ərzində vətəndaşların 8 qəbulunu keçirib.
Azturkxeber.az xəbər verir ki, qəbullarda 300 məcburi köçkün iştirak edib.
Aparat rəhbərinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər doğma yurda qayıtmaq istəklərini bildirib, bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərindən razılıq ifadə ediblər. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Onlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə cavablandırılacaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: