azturkxeber.az
http://azturkxeber.az

Polis tərəfindən noyabrın 4-də 64 cinayətin açılması təmin edilib

05-11-2026

Noyabrın 4-də polis əməkdaşları tərəfindən ölkə ərazisində həyata keçirilən tədbirlər nəticəsində 64 cinayətin açılması təmin olunub. Onlardan 53-ü cari, 11-i isə əvvəlki dövrlərdə törədilmiş cinayətlərdir.

Azturkxeber.az-verilən məlumata görə, hesabat günü ərzində axtarışda olan 130 nəfər saxlanılıb. Onlardan 94-ü borclu şəxs olub. Həmçinin cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb, itkin düşmüş şəxs qismində axtarılan 6 nəfər tapılıb.

Polis əməkdaşları tərəfindən 18 narkotik vasitələrin qanunsuz dövriyyəsi və 4 qanunsuz silah-sursat faktı aşkarlanıb. Dələduzluq cinayətlərinə görə axtarışda olan 9 nəfər də saxlanılıb.

Əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 17,5 kiloqram olan narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb. Bundan başqa, 4 tüfəng və 465 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30