azturkxeber.az
http://azturkxeber.az

Nazir Rəşad Nəbiyev Estoniyanın ədliyyə və rəqəmsal işlər naziri Liisa-Li Pakosta ilə görüşüb

04-11-2026

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Estoniyanın ədliyyə və rəqəmsal işlər naziri Liisa-Li Pakosta ilə görüş keçirib.

Azturkxeber.az xəbər verir ki, görüşdə Azərbaycan və Estoniya arasında rəqəmsal inkişaf, süni intellekt, rəqəmsal hökumət və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Həmçinin Estoniyanın qabaqcıl təcrübəsinin öyrənilməsi, süni intellektin dövlət sektorunda tətbiqi, innovativ texnologiyaların təşviqi və texnologiya şirkətləri arasında əməkdaşlığın gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Gələcəkdə Hökumətlərarası Komissiya çərçivəsində rəqəmsallaşma məsələləri üzrə müzakirələrin davam etdirilməsi, konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi onlayn görüşlərin keçirilməsi barədə razılığa gəlinib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30