azturkxeber.az
http://azturkxeber.az

İğdırda 8 Noyabr – Zəfər Günü münasibətilə Türkiyə-Azərbaycan qardaşlıq yürüşü keçirilib

05-11-2026

Türkiyənin İğdır şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə Türkiyə-Azərbaycan qardaşlıq yürüşü təşkil olunub.

Azturkxeber.az xəbər verir ki, Zübeydə xanım bulvarından başlayan yürüşdə İğdır valisi M. Fırat Taşolar və xanımı Didem Taşolar, Azərbaycanın Qars şəhərindəki baş konsulu Qoşqar Zeynalov, protokol nümayəndələri və çoxsaylı vətəndaşlar iştirak ediblər.

Təxminən 2 min nəfərin qatıldığı yürüş zamanı Türkiyə və Azərbaycan bayraqları dalğalandırılıb, Qarabağ Zəfərinin 6-cı ildönümü qeyd olunub.

Yürüş marşrutu boyunca binaların eyvanlarına çıxan sakinlər də tədbirə qoşularaq bayram sevincini iştirakçılarla bölüşüblər.

Yürüşün sonunda Türkiyənin İstiqlal Marşı və Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin əziz xatirəsi ehtiramla yad edilərək dualar oxunub.

Tədbir Türkiyə və Azərbaycan arasında qardaşlıq, birlik və həmrəyliyin nümayişi ilə yadda qalıb.


 Sahilə Bayramlı 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30