azturkxeber.az
http://azturkxeber.az

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib

05-11-2026


Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı parlaq Zəfər xalqımızın qürur mənbəyi, müstəqil dövlətçiliyimizin tarixi nailiyyətidir.

Azturkxeber.az-ın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi noyabrın 5-də "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə metronun “İçərişəhər” stansiyasında şanlı Qələbəyə həsr olunmuş “Zəfər arzuları” adlı sosial aksiya təşkil edib. Aksiya iştirakçılarına kiçik ölçülü standart kağız parçalarına ürək sözlərini yazıb, mərkəzdə quraşdırılmış iri lövhədəki yumruq təsvirinin üzərinə yapışdırmaq təklif olunub.

Sosial aksiyanın keçirilməsində məqsəd möhtəşəm Zəfərin qazanılmasında mühüm amillərdən olan birliyimizi və həmrəyliyimizi bir daha nümayiş etdirmək, xalqımıza qürur və qələbə sevinci yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna, müharibə veteranlarına minnətdarlığımızı çatdırmaq, şəhidlərimizin ruhuna ehtiramımızı bildirməkdir.

Aksiyada ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimai fəallar, turistlər və vətəndaşlar iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30