Azərbaycanda medianın inkişafında xidmətlərinə görə təltif edilənlər sırasında Ali Məclisin deputatı da var

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Media nümayəndələrinin təltif edilməsi haqqında” Sərəncamına uyğun olaraq Azərbaycanda medianın inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib.
Bu barədə Azturkxeber.az-a Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Tərəqqi” medalı ilə təltif olunanlar sırasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Humanitar siyasət komitəsinin üzvü, Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti Babayeva Təhminə Adil qızı da var.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Aparatı adından Təhminə Babayevanı təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: