azturkxeber.az
http://azturkxeber.az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək

05-11-2026

“Noyabrın 8-də Azərbaycanın Zəfər Günü qeyd olunacaq. Fövqəladə bir hal baş verməsə, həmin gün Azərbaycana səfər etməyi düşünürəm. Ümid edirəm ki, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanı əldə edəcəyik”.

Azturkxeber.az-ın məlumatına görə bu fikirləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib:

“Azərbaycan Prezidenti İlham Əliyevlə artıq telefon danışığım olub. Bununla yanaşı, Milli Kəşfiyyat Təşkilatının rəhbərini və xarici işlər nazirimi Azərbaycana göndərmişəm. İlham Əliyevlə, eləcə də xanımlarımız arasında telefon danışıqları aparılıb və bu təmaslar davam edir.

Onlar da noyabrın 8-də qeyd olunacaq Zəfər Gününə böyük əhəmiyyət verirlər. Hər zaman qeyd etdiyim kimi, bizim Azərbaycanla münasibətlərimiz adi diplomatik təmasların çox-çox fövqündədir. İki ölkə arasındakı qırılmaz bağ ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah, gələcəyimizin nəticəsidir.

Şübhəsiz ki, Türkiyə ilə Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30