azturkxeber.az
http://azturkxeber.az

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

03-11-2026

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilmişdir.

Azturkxeber.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumat verilib.

Məlumata görə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 2025-ci ildən beynəlxalq axtarışa verilmiş Fetiyev Murad Qərib oğlunun Azərbaycana gətirilərək istintaqa cəlb edilməsi təmin olunmuşdur.

Müəyyən edilmişdir ki, Murad Fetiyev xarici ölkədən idarə olunan radikal mərkəzlərin tapşırığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, milli nifrət və düşmənçiliyin salınması məqsədilə sosial şəbəkələrdə müxtəlif qruplar yaradaraq xaricdə, eləcə də Azərbaycanda yaşayan azsaylı etnik qrupun ekstremist ideyalar daşıyan nümayəndələrini həmin qruplara cəlb etmişdir.

Eyni zamanda, onların arasından radikal baxışları ilə xüsusilə fərqlənən şəxslərin seçilməsini, ölkə ərazisində mühüm strateji obyektlər barədə informasiya toplanılmasını, terrorçuluğa açıq çağırışlar edilməsini təşkil etmişdir.

Bir müddət əvvəl həmin cinayətkar qruplaşmanın bəzi üzvləri Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə dövlət müəssisəsinə basqın etməyə, insanların girov götürülməsinə hazırlıq hərəkətləri etdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunmuşlar.

Murad Fetiyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (Terrorçuluğa açıq çağırışlar), 283-1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və digər maddələri ilə ittiham olunmasına dair cinayət işi üzrə məhkəmə baxışı başlamışdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30