Ədliyyə Nazirliyinin rəhbər vəzifəli şəxsləri oktyabr ayında 10 regional ədliyyə idarəsi üzrə videoqəbullar keçiriblər
Oktyabr ayı ərzində Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə vətəndaşlar üçün videoqəbullar təşkil olunub.
Azturkxeber.az xəbər verir ki, videoqəbullarda Nazirliyin Notariat, qeydiyyat və reyestr baş idarəsinin, Məhkəmə Ekspertizası Mərkəzinin, İnsan resursları idarəsinin, Bələdiyyələrlə iş baş idarəsinin, İcra xidmətinin və Tibb baş idarəsinin rəhbər şəxsləri Xaçmaz, Şəki, Şirvan, Gəncə, Şəmkir, Bərdə, Lənkəran, Göyçay, İmişli və Sumqayıt regional ədliyyə idarələrinin yurisdiksiyasına daxil olan rayonların sakinlərini qəbul ediblər.
Qəbullar zamanı Nazirliyin fəaliyyət istiqamətləri üzrə ümumilikdə 55 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlara müraciət etdikləri məsələlərlə bağlı qanunvericiliyin tələbləri ətraflı izah olunub, qəbul zamanı təqdim edilən müraciətlər isə zəruri tədbirlərin görülməsi məqsədilə nəzarətə götürülüb.
Qeyd edək ki, regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün qebul@justice.gov.az elektron poçt ünvanına və ya Ədliyyə Nazirliyinin regional ədliyyə idarələrinə müraciət edərək qəbula yazıla bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
