azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi, qətiyyətli siyasəti və rəhbərliyi ilə qazanılan tarixi Zəfər

02-11-2026

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsinə çevrildi. Müharibənin ilk günlərindən Prezident İlham Əliyev həm Ali Baş Komandan, həm də dövlət başçısı kimi ölkəyə rəhbərlik etdi.

Müharibə dövründə onun xalqa müraciətləri, beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr, diplomatik fəaliyyəti və qətiyyətli mövqeyi diqqət mərkəzində idi. O, hər bir çıxışında Azərbaycanın haqq işini, beynəlxalq hüquqa əsaslanan mövqeyini və torpaqlarımızın azad olunması əzmini ifadə edirdi.

Prezidentin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində böyük hərbi uğurlar əldə etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər ərazilər, eləcə də Şuşa şəhəri işğaldan azad edildi.

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi xalqımızın yaddaşına əbədi həkk olundu. Prezident İlham Əliyevin Şəhidlər xiyabanından xalqa müraciəti isə Azərbaycan tarixinin ən yaddaqalan anlarından biri oldu.

Şuşanın azad edilməsi ilə bağlı verilən müjdə milyonlarla azərbaycanlının qəlbində böyük sevinc və qürur hissi yaratdı. Bu hadisə Azərbaycan xalqının uzun illər davam edən torpaq həsrətinə son qoyulması yolunda həlledici mərhələ oldu.

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı və Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi.

Azərbaycanın tarixi Qələbəsindən sonra qarşıda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıtmasının təmin edilməsi kimi mühüm vəzifələr dayanırdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Yeni yollar, körpülər, hava limanları, yaşayış məntəqələri, məktəblər və digər sosial infrastruktur obyektləri inşa edilməyə başladı.

Ağıllı kənd və ağıllı şəhər layihələri, Böyük Qayıdış proqramı, tarixi və mədəni abidələrin bərpası bu ərazilərin gələcək inkişafına xidmət edən mühüm layihələrdir.

2023-cü il sentyabrın 19–20-də keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi. Bu hadisə ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcı oldu.

Azərbaycan xalqının 2020-ci ildə qazandığı tarixi Zəfər böyük siyasi iradənin, dövlətçilik təcrübəsinin, milli birliyin və Azərbaycan əsgərinin qəhrəmanlığının nəticəsidir.

Cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu Qələbə Azərbaycanın müasir tarixində silinməz iz qoymuşdur. Lakin bu Zəfərin ən böyük qəhrəmanları Vətən uğrunda canlarından keçən şəhidlərimiz, sağlamlıqlarını itirən qazilərimiz və döyüş meydanında misilsiz şücaət göstərən əsgər və zabitlərimizdir.

8 Noyabr – Zəfər Günü yalnız bir hərbi qələbənin ildönümü deyil. Bu gün xalqımızın milli qürurunun, birliyinin, azadlıq iradəsinin və dövlətçilik əzminin təntənəsidir.

Bu Zəfər Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq!

Qarabağ Azərbaycandır!

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın qalib Azərbaycan xalqı!

Azturkxeber.az İnformasiya Agentliyinin rəhbəri Sahilə Bayramlı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30