azturkxeber.az
http://azturkxeber.az

Dövlət Komitəsinin rəhbər şəxsləri oktyabr ayında vətəndaşları qəbul ediblər

02-11-2026

Oktyabr ayı ərzində Dövlət Komitəsinin rəhbər şəxsləri növbəlilik prinsipi əsasında vətəndaşların qəbulunu keçiriblər. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Azturkxeber.az xəbər verir ki, vətəndaşların müraciətləri əsasən aşağıdakı məsələləri əhatə edib:

  • İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi;
  • Köçürülmə prinsipləri və sorğularda iştirak;
  • Məşğulluğun təmin edilməsi;
  • Müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması;
  • Kommunal xidmətlərlə bağlı məsələlər;
  • Məcburi köçkün statusu;
  • Vahid aylıq müavinətin ödənilməsi və digər məsələlər.

Qeyd edək ki, vətəndaşlar Dövlət Komitəsinin rəhbər şəxslərinin qəbuluna myGov platformasının “Vətəndaş müraciəti” bölməsi vasitəsilə, eləcə də Komitənin inzibati binasına şəxsən yaxınlaşmaqla yazıla bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30