Şüvəlanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək
Noyabrın 4-də Bakının Şüvəlan qəsəbəsində “Tullantıları tinglərə dəyiş” adlı ekoloji aksiya təşkil olunacaq.
Azturkxeber.az-ın məlumatına görə, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) dəstəyi ilə baş tutacaq.
Tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulkaları, 5 litr həcmində şüşə butulka və ya bankaları, yaxud 10 ədəd işlənmiş batareyanı təhvil verərək əvəzində ağac tingləri əldə edə biləcəklər.
Aksiya noyabrın 4-də saat 14:00-da Şüvəlan qəsəbəsində yerləşən 2 saylı Bakı DOST Mərkəzinin qarşısında keçiriləcək.
Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi, 30B.
Vətəndaşlar ətraf mühitin mühafizəsinə, tullantıların təkrar emalına və ekoloji maarifləndirməyə töhfə vermək məqsədilə aksiyada iştiraka dəvət olunurlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
