azturkxeber.az
http://azturkxeber.az

Payız əkin mövsümünün ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

21-10-2025

Payız əkin mövsümünün ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

Oktyabrın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə payız əkin mövsümünün ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketin qarşısında keçiriləcək aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka, banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırır.

Aksiya saat 14:00-da başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031