“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin və müxtəlif tərəfdaş qurumların dəstəyi ilə dekabrın 21-də “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.
Nazirlikdən bildirilib ki, festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (müxtəlif növ ağac tingləri, ekoçantalar, kitablar, müxtəlif qida məhsulları və s.) əldə edə biləcəklər.
Maraqlı viktorinalar, müxtəlif master klassların keçiriləcəyi festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərsiniz. Tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emala yönləndirmək məqsədilə keçirilir.
Ünvan: Xətai rayonu, “Gənclik” parkı (“Park House” restoranın yanı)



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İlin ilk “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək
Azərbaycanda növbəti dəfə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib
Yaşıl sivilizasiyanın COP29 anonsu
Nizami rayonunda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB