azturkxeber.az
http://azturkxeber.az

Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib

28-11-2026



Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında gənclər və idman sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun icrası çərçivəsində ölkəmizə səfər edən Misir Ərəb Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib.

Azturkxeber.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi məlumat yayıb

Misir Ərəb Respublikası Gənclər və İdman Nazirliyinin İdmanın İnkişafı üzrə Mərkəzi Administrasiyasının rəhbəri doktor Mahmud Abdeləziz Abdalla Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı iki ölkə arasında gənclər və idman sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi, idman sahəsində birgə layihə və təşəbbüslərin həyata keçirilməsi, eləcə də gənclər siyasəti istiqamətində əlaqələrin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan əməkdaşlıq istiqamətlərinin praktiki icrasını və gələcək birgə fəaliyyət imkanlarını müzakirə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30