azturkxeber.az
http://azturkxeber.az

Mərkəzi Bankın baş direktoru “Gənclər üçün Maliyyə Savadlılığı Proqramı”nın təqdimatında çıxış edib

27-11-2026

Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə “Gənclər üçün Maliyyə Savadlılığı Proqramı”nın təqdimat mərasimində iştirak edib və tədbirin açılışında çıxış edib.

Azturkxeber.az xəbər verir ki, çıxışında gənclər arasında maliyyə savadlılığının artırılmasının əhəmiyyətinə toxunan Şahin Mahmudzadə maliyyə bilik və bacarıqlarının inkişafının, maliyyə dayanıqlığının gücləndirilməsinin və məsuliyyətli maliyyə qərarlarının təşviqinin gənclərin maliyyə rifahının təmin olunmasında mühüm rol oynadığını bildirib.

Baş direktor, həmçinin Mərkəzi Bankın maliyyə savadlılığının təşviqi istiqamətində həyata keçirdiyi tədbirlər, bu sahədə təqdim olunan resurslar və tərəfdaşlarla birgə reallaşdırılan layihələr barədə məlumat verib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən proqram gənclərin maliyyə bilik və bacarıqlarının artırılmasına, onların maliyyə qərarlarında daha məlumatlı və məsuliyyətli yanaşmasının formalaşdırılmasına, eləcə də sosial-iqtisadi həyatda fəal iştirakının dəstəklənməsinə yönəlib.

Azturkxeber.az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30