azturkxeber.az
http://azturkxeber.az

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılmışdır

02-11-2026

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bu barədə Azturkxeber.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə hərəkəti müşahidə edilmişdir.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, ərazi qapadılmış və sərhəd pozucularının saxlanılması məqsədilə zəruri tədbirlər görülmüşdür.

Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 16 kiloqram 128 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşları saxlanılmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30