Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirməsinin qarşısı alınmışdır


Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Azturkxeber.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 55 kiloqram 105 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avqust ayının 21-də 26 kiloqram 5 qram narkotik vasitəni və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbini ölkə ərazisinə keçirməyə cəhd göstərən 1 (bir) nəfər, avqust ayının 22-də isə 29 kiloqram 100 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən 3 (üç) nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılmışdır.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: