azturkxeber.az
http://azturkxeber.az

Dövlət sərhədində qanunsuz uçuş həyata keçirən pilotsuz aparatları zərərsizləşdirilib

02-11-2026



Azərbaycanın dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, eləcə də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

  Azturkxeber.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazilərində İran İslam Respublikasından Azərbaycan ərazisinə ümumilikdə 22 kiloqram 900 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Keçirilən kompleks əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində Azərbaycanın hava məkanına qanunsuz daxil olan pilotsuz uçuş aparatları aşkarlanaraq zərərsizləşdirilib.

Hadisə yerlərinə baxış zamanı “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisindən 15 kiloqram 400 qram, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən isə 7 kiloqram 500 qram narkotik vasitə götürülüb.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30