azturkxeber.az
http://azturkxeber.az

Bakıda VI “Qələbə qaçışı”na start verilib

01-11-2026

Bakıda Vətən müharibəsində qazanılan tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş ənənəvi “Qələbə qaçışı”na start verilib.

Azturkxeber.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometr məsafə qət edəcəklər.

Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarış bu il də “Qürurla irəli” şüarı altında təşkil olunur.

Altıncı dəfə baş tutan “Qələbə qaçışı” bu il rekord sayda iştirakçını bir araya gətirib. Yarışda 2000-ə yaxın şəxs iştirak edir.

Xeyriyyə məqsədi daşıyan yarışda hər bir iştirakçı qeydiyyat zamanı minimum 20 manat məbləğində ianə edib. Toplanan vəsaitin tam hissəsi “YAŞAT” Fonduna köçürüləcək.

Finişə ilk çatan iştirakçılar mükafatlandırılacaqlar. Qaçış başa çatdıqdan sonra iştirakçıları və qonaqları konsert proqramı gözləyir. Proqram çərçivəsində Xalq artisti Röya, Murad Arif və digər tanınmış ifaçılar çıxış edəcəklər.

Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30