azturkxeber.az
http://azturkxeber.az

Baş Prokurorluğun əməkdaşları Albaniyada keçirilən beynəlxalq tədbirdə iştirak ediblər

02-11-2026



Cari ilin 27-29 oktyabr tarixlərində Albaniya Respublikasının paytaxtı Tirana şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin (ACN) Hüquq-Mühafizə Orqanları Şəbəkəsinin (LEN) 16-cı iclası keçirilib.


Azturkxeber.az xəbər verir ki, tədbirdə Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Vüqar Əhmədli, Rüstəm Şükürov, Emin Vəliyev və Pərviz Həsənli təmsil ediblər.


Müxtəlif ölkələrin prokurorluq və digər hüquq-mühafizə orqanlarının, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda yüksək səviyyəli korrupsiya cinayətlərinin araşdırılması, sübutların əldə edilməsi və cinayət mühakimə icraatında istifadəsi, cinayət yolu ilə əldə edilmiş aktivlərin izlənilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, o cümlədən korrupsiya cinayətləri üzrə istintaq və təhqiqatın aparılması, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, cinayətlərin aşkar edilməsi və sübutların toplanılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mürəkkəb korrupsiya işlərinin araşdırılması zamanı tətbiq olunan hüquqi və praktiki mexanizmlər, aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyət və beynəlxalq əməkdaşlıq imkanları diqqətə çatdırılıb.


İclasda iştirakçı dövlətlərin korrupsiya cinayətlərinin istintaqı sahəsində təcrübələri, müasir sübutetmə üsulları, elektron və maliyyə məlumatlarından istifadə, eləcə də transsərhəd işlər üzrə hüquqi yardım məsələləri ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30