Maneələri aş, zirvəni fəth et!

Noyabrın 14-də saat 11:00-da Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təqvim planına əsasən konkur üzrə Azərbaycan çempionatı keçiriləcək. İlin son yarışında ölkənin ən güclü konkurçuları bir araya gələcəklər.
Azturkxeber.az xəbər verir ki, bir gün davam edəcək turnirdə idmançılar 3 fərqli kateqoriya üzrə yarışacaqlar. Konkurçular 70-80, 100-115 və 125-130 santimetr hündürlüklü maneələri qüsursuz dəf etməyə çalışacaqlar. Qalibləri kubok, medallar və diplomlar gözləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: