azturkxeber.az
http://azturkxeber.az

Ali Məhkəmənin Aparatının əməkdaşları üçün təlim keçirilib

02-11-2026

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası Məhkəmə-Hüquq Şurasının müraciəti əsasında Ali Məhkəmənin Aparatının əməkdaşları üçün “Vətəndaşların müraciətlərinə baxılması qaydası və onlarla ünsiyyətin sosial-psixoloji aspektləri” mövzusunda təlim təşkil edib.

Azturkxeber.az xəbər verir ki, təlim zamanı vətəndaş müraciətlərinə baxılmasının hüquqi və prosessual qaydaları, müraciət edən şəxslərlə effektiv ünsiyyətin qurulması, psixoloji yanaşma üsulları, eləcə də münaqişəli situasiyaların idarə edilməsi məsələləri diqqətə çatdırılıb.

12 nəfərin iştirak etdiyi təlim çərçivəsində Ali Məhkəmənin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Şahin Qəhrəmanovun təqdimatı dinlənilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30