azturkxeber.az
http://azturkxeber.az

Şahin Əliyev BULTÜRK-də Rafet Ulutürk ilə görüşüb – Türk Dünyası gəncləri ilə bağlı layihələr müzakirə olunub

02-11-2026

İstanbulda “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev Bolqarıstan Türkləri Kültür və Xidmət İctimai Birliyinin (BULTÜRK) sədri, uzun illərdir sıx əlaqələrin davam etdirildiyi Rafet Ulutürk ilə görüşüb.

Azturkxeber.az-a verilən məlumata görə, görüş BULTÜRK-ün İstanbulda yerləşən qərargahında baş tutub.

Səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Türk dünyasının gündəmində olan aktual məsələlər, Azərbaycan-Türkiyə münasibətləri, türk xalqları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də Türk Dünyası gənclərinin bir araya gətirilməsinə xidmət edən layihələr ətrafında müzakirələr aparılıb.

Tərəflər xüsusilə gənclər arasında ortaq tarixi və mədəni dəyərlərin təbliği, beynəlxalq əməkdaşlıq imkanlarının artırılması və Türk Dünyasının gələcək inkişafında gənc nəslin rolunun gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı gələcəkdə birgə layihələrin həyata keçirilməsi və mövcud əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Şahin Əliyev Rafet Ulutürkə səmimi qəbula və uzun illərdir davam edən dostluq və əməkdaşlıq münasibətlərinə görə təşəkkürünü bildirib.

Görüşün sonunda Azərbaycan-Türkiyə qardaşlığının, Türk Dünyasının həmrəyliyinin və ortaq gələcək naminə əməkdaşlığın daim yaşadılmasının vacibliyi qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30