azturkxeber.az
http://azturkxeber.az

Rəsmi təkzib

02-11-2026

Bu gün bəzi media orqanlarında yayılan "Ceyranbatan gölündən meyit tapıldı" məzmunlu heç bir rəsmi mənbəyə istinad olunmayan məlumat ictimaiyyətə yanlış təqdim olinub.

Bu barədə Azturkxeber.az-a İri Şəhərlərin Su Təchizatının Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, mövzu ilə bağlı İri Şəhərlərin Su Təchizatının rəsmi açıqlamasını diqqətinizə çatdırırıq:

"Ceyranbatan Su Təchizatı İdarəsi su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Ramazanov Mahir Tofiq oğlu iş otağında qəfil dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq mühafizə orqanı və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar. İlkin tibbi rəyə görə Mahir Ramazanov ürəktutma səbəbindən dünyasını dəyişib.

Allah rəhmət etsin".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30