azturkxeber.az
http://azturkxeber.az

“Mənim Qəhrəmanım” Milli Komiks Kitabı müsabiqəsinin qalibləri açıqlanıb

03-11-2026

Zəfər Günü ərəfəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Ədibin Evi”nin birgə təşkilatçılığı ilə keçirilən “Mənim Qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsinə yekun vurulub və qaliblər elan edilib.

Azturkxeber.az xəbər verir ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının həyata keçirilməsi çərçivəsində elan olunan müsabiqədə 14-17 yaşlı gənclər qrafik hekayəçilik üslubunda dövrümüzün yeni qəhrəman obrazını yaratmağa dəvət olunublar.

Münsiflər heyəti müsabiqəyə təqdim edilmiş 31 əsəri nəzərdən keçirərək üç qalibi müəyyənləşdirib. Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin tələbəsi, 16 yaşlı Zəhra Məmmədova birinci yerə layiq görülüb. Bakı məktəbliləri – 14 yaşlı Xədicə Şirin Derdiyok ikinci, Amir Hüseynli isə üçüncü yeri tutublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30