azturkxeber.az
http://azturkxeber.az

Səbinə Əliyeva yenidən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib

03-11-2026

​Səbinə Əliyeva növbəti 7 il müddətinə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

​Azturkxeber.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

​Müzakirələrdən sonra keçirilən səsvermənin nəticələrinə əsasən, Səbinə Əliyeva səs çoxluğu ilə yenidən Ombudsman seçilib. Belə ki, səsvermədə iştirak edən deputatlardan 100-ü onun namizədliyini dəstəkləyib, 1 nəfər əleyhinə səs verib, 7 deputat isə bitərəf qalıb.

​Səsvermənin nəticələri elan edildikdən sonra Səbinə Əliyeva vəzifəsinin icrasına dair and içmək üçün parlamentin kürsüsünə qalxıb.

​Qeyd edək ki, Prezident İlham Əliyev Ombudsman vəzifəsinə üç namizədin – hazırkı Ombudsman Səbinə Əliyevanın, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayevin və Ali Məhkəmənin hakimi Elşanə Vəliyevanın namizədliyini Milli Məclisə təqdim edib.

​Xatırladaq ki, Səbinə Əliyeva ilk dəfə 29 noyabr 2019-cu ildə Milli Məclis tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili seçilib.

​Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə anadan olub. İxtisasca hüquqşünasdır, hüquq üzrə fəlsəfə doktorudur. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub və 3-cü dərəcə dövlət müşaviridir. O, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşı, Milli Məclisin sabiq vitse-spikeri və Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevin qızıdır. İki övladı var.

​Beləliklə, Səbinə Əliyeva növbəti yeddi il ərzində də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili kimi fəaliyyətini davam etdirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30