azturkxeber.az
http://azturkxeber.az

Oktyabrda Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 16 milyonu ötüb

03-11-2026

Oktyabr ayında sərnişinlər metro ilə 16 milyondan çox səfər ediblər.

Azturkxeber.az Bakı Metropoliteni” QSC-yə istinadla xəbər verir ki, girişi ödənişsiz olan “Xocəsən” və “Avtovağzal” stansiyalarından, ümumilikdə 556 424 sərnişin istifadə edib. Bu göstərici sentyabr ayı ilə müqayisədə 64 % artım deməkdir.

1 683 032 sərnişinlə “Koroğlu” stansiyası oktyabr ayına liderlik edib.

20 oktyabr 641 442 nəfərlə ayın ən çox sərnişin daşınan günü olub.

NFC və QR bilet vasitəsilə ümumilikdə

8 879 685 ödəniş həyata keçirilib. Sentyabr ayı ilə müqayisədə rəqəmsal ödənişlərin sayı 15,9 % artıb.

Gediş haqqının NFC ilə ödənilməsi oktyabr ayında bütün ödənişli sərnişinlərin 43,3 %-ni təşkil edib.

“Əlçatan metro” xidmətindən ay ərzində 113 sərnişin yararlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30