azturkxeber.az
http://azturkxeber.az

YAP-ın VIII Qurultayında müəyyənləşdirilmiş vəzifələrin icrası müzakirə olunub

03-11-2026



Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayından sonra ideoloji işin təşviqi, qurultayda müəyyənləşdirilmiş vəzifələrin partiya üzvlərinə çatdırılması və partiya fəaliyyətinin genişləndirilməsi məqsədilə tədbir keçirilib.

Azturkxeber.az-ın məlumatına görə, 3 noyabr 2026-cı il tarixində Zəfər Günü ərəfəsində təşkil olunan tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi, YAP Səbail rayon təşkilatının rəhbərliyi və əməkdaşları, Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinin rəhbərləri, eləcə də “Ailəm Könüllüləri” iştirak ediblər.

Tədbirdə salamlama nitqi ilə çıxış edən YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova VIII Qurultayda müəyyənləşdirilmiş vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin fəallığının və məsuliyyətinin vacibliyini vurğulayıb. O, müasir dövrdə ideoloji təhdidlərə qarşı milli-mənəvi dəyərlərin və dövlətçilik maraqlarının qorunmasının əhəmiyyətindən danışıb.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında partiyanın ölkənin siyasi həyatındakı rolundan, əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən bəhs edib. O, partiyanın ideoloji xəttinin, milli dövlətçilik prinsiplərinin qorunması və möhkəmləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra tədbir “Ailəm Könüllüləri”, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin nümayəndələri və Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə müzakirələrlə davam edib. Görüş çərçivəsində qurultayda müəyyənləşdirilmiş istiqamətlərin təşviqi və qarşıda duran vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30