azturkxeber.az
http://azturkxeber.az

Polad Həşimovun anasının səhhətində ciddi problemlər yaranıb

05-11-2026

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb.

 Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib.

Onun sözlərinə görə, Səmayə Həşimova hazırda Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada müalicə alır.

Kəmalə Həşimova bildirib ki, anasının səhhətində yaranan problemlər səbəbindən onu xəstəxanaya yerləşdirmək məcburiyyətində qalıblar. Belə ki, onda şəkərli diabet, böyrək və ürək çatışmazlığı, eləcə də digər daxili orqanlarla bağlı ciddi problemlər yaranıb.

O qeyd edib ki, hazırda anasının vəziyyətində müəyyən irəliləyiş müşahidə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30