ADY Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək

ADY Bakı–Ağstafa–Bakı marşrutuna yüksək sərnişin tələbatının qarşılanması üçün noyabrın 14-dən 30-dək həftəsonlarında əlavə qatar reysləri həyata keçirəcək.
Bu barədə Azturkxeber.az-a ADY-dən məlumat verilib.
Bildirilib ki, qatar şənbə günləri Bakıdan, bazar günləri isə Ağstafadan yola düşəcək.
Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz",- məlumatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: