azturkxeber.az
http://azturkxeber.az

Fərid Qayıbov Avropa Şurasının idman nazirlərinin iclasında çıxış edib

05-11-2026

Noyabrın 4-də Monako Knyazlığında Avropa Şurasının idmana məsul nazirlərinin 19-cu iclası keçirilib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov iclasda çıxış edib.

İclasın açılış mərasimində Monako Knyazlığının Şahzadəsi II Albert, Avropa Şurasının Baş katibi Alen Berset və Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti Leyla Marques Mota çıxış ediblər.

Tədbir çərçivəsində “Uşaqlar və gənclər üçün təhlükəsiz və sağlam idman” mövzusu ətrafında müzakirələr aparılıb. Uşaqların və gənclərin idmanda təhlükəsizliyinin təmin edilməsi, sağlam və inklüziv idman mühitinin yaradılması, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinə toxunulub.

Səfər çərçivəsində nazir Fərid Qayıbov Ümumdünya Antidopinq Agentliyinin (WADA) baş direktoru Olivye Niqqli ilə də görüşüb. Görüşdə antidopinq sahəsində beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30