azturkxeber.az
http://azturkxeber.az

Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirib

05-11-2026

5 noyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Salyan rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Azturkxeber.az xəbər verir ki, qəbulda Salyan və Neftçala rayon sakinlərinin müraciətləri dinlənilib.

Qəbul zamanı edilən müraciətlər arasında məşğulluq və işlə təmin olunma, ailə məsələləri, iddiaların araşdırılması və hüquqi qiymət verilməsi, torpaq sahəsinin ayrılması, eləcə də fəaliyyətin həyata keçirilməsinə dəstək göstərilməsi ilə bağlı məsələlər yer alıb.

Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30