azturkxeber.az
http://azturkxeber.az

“ASAN xidmət” və BMT gələcəyin idarəetmə modellərini müzakirə edir

05-11-2026

Bakıda “ASAN xidmət”in və BMT-nin birgə təşkilatçılığı ilə keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbir davam edir. Sammitdə, ikinci sessiyada “İdarəetmənin gələcəyi: baxış, missiya və transformasiya” mövzusunda nazirlərin çıxışları baş tutub.

Azturkxeber.az xəbər verir ki, Türkiyəni, Macarıstanı, Şri-Lankanı, Qvineyanı, Seneqalı, Nyu-York Dövlət Universitetini təmsil edən nümayəndələrin iştirakı ilə dövlət idarəçiliyinin gələcəyi, 2040-cı ilədək dövlət institutlarının inkişaf perspektivləri və idarəetmə sistemlərinin transformasiyası müzakirə olunub.

Müzakirələrdə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün dövlət idarəçiliyinin təkmilləşdirilməsi, texnoloji tərəqqi, sosial dəyişikliklər və qlobal qeyri-müəyyənlik şəraitində yaranan əsas çağırışlar diqqət mərkəzində olub. Eyni zamanda, dövlət institutlarının müasirləşdirilməsi, dövlət qulluğunda islahatların aparılması və sürətlə dəyişən dünyada daha çevik, səmərəli və vətəndaşyönümlü idarəetmə sistemlərinin formalaşdırılması yolları nəzərdən keçirilib.

Üçüncü sessiya “Dövlətin roluna yenidən baxış: dəyişən idarəetmə mühitində yeni institusional modellər” mövzusuna həsr olunub. Afrika İttifaqını, ICESCO-nu, Keniyanı, Surinamı, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzini təmsil edən nümayəndələrin iştirakı ilə dövlət institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, idarəetmə modellərinin müasirləşdirilməsi və dövlət sektorunda islahatların həyata keçirilməsi istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, gələcək çağırışlara çevik reaksiya verən, vətəndaşların ehtiyaclarını nəzərə alan və səmərəli idarəetməni təmin edən institusional modellərin qurulması ilə bağlı təcrübə və yanaşmalar bölüşülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30