azturkxeber.az
http://azturkxeber.az

8 Noyabr – Zəfər Günü: Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və güclü Ordumuzun şanlı qələbəsi

05-11-2026



8 Noyabr Azərbaycan xalqının tarixində qızıl hərflərlə yazılmış, milli qürurumuzun, birliyimizin və yenilməz iradəmizin təntənəsinə çevrilmiş möhtəşəm bir gündür. Zəfər Günü xalqımızın illərlə qəlbində yaşatdığı torpaq həsrətinin sona çatdığı, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdiyi tarixi gündür.

Bu böyük Zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, qətiyyətli rəhbərliyi, siyasi iradəsi və uzaqgörən strategiyası mühüm rol oynadı. Dövlət başçısı uzun illər ərzində Azərbaycanın güclənməsi, iqtisadi qüdrətinin artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və müasir ordu quruculuğu istiqamətində ardıcıl fəaliyyət göstərdi. Onun rəhbərliyi ilə Azərbaycan Ordusu dünyanın ən güclü və müasir orduları sırasında öz layiqli yerini tutdu.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının sarsılmaz birliyini, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığını, Ordumuzun yüksək döyüş hazırlığını nümayiş etdirdi. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın azadlığı uğrunda böyük şücaət göstərərək tarix yazdı. Hər qarış torpaq uğrunda döyüşən qəhrəman oğullarımız öz canları və qanları bahasına xalqımıza Zəfər sevinci yaşatdılar.

8 Noyabr 2020-ci ildə Şuşanın azad edilməsi Vətən müharibəsinin ən möhtəşəm hadisələrindən biri oldu. Şuşanın azadlığı Azərbaycanın hərbi qüdrətinin, milli iradəsinin və xalqımızın sarsılmaz ruhunun təntənəsinə çevrildi. Məhz bu tarixi qələbədən sonra 8 Noyabr Zəfər Günü elan edildi.

Bu Zəfərin arxasında yalnız hərbi güc deyil, həm də xalq–ordu–dövlət birliyi, milli həmrəylik və Vətən sevgisi dayanırdı. Azərbaycan xalqı müharibənin ilk günlərindən son anınadək öz Ordusunun və Ali Baş Komandanının ətrafında sıx birləşdi. Cəbhədə döyüşən igidlərimizlə yanaşı, arxa cəbhədə xalqımızın göstərdiyi mənəvi dəstək də qələbəmizin mühüm amillərindən biri oldu.

Zəfər Gününün ən böyük qəhrəmanları isə Vətən uğrunda canlarından keçən şəhidlərimizdir. Onların müqəddəs qanı ilə yazılan bu tarix heç vaxt unudulmayacaq. Qazilərimizin fədakarlığı, veteranlarımızın xidmətləri və şəhid ailələrinin göstərdiyi mənəvi dözüm xalqımızın yaddaşında daim yaşayacaq.

Bu gün 8 Noyabr sadəcə hərbi qələbənin ildönümü deyil. Bu gün müstəqil Azərbaycanın gücünün, milli birliyinin, dövlətçilik iradəsinin və gələcəyə inamının rəmzidir. Zəfər bizə bir daha sübut etdi ki, xalq öz dövlətinin ətrafında birləşəndə, ordusu güclü, rəhbərliyi qətiyyətli olanda qarşıya qoyduğu müqəddəs məqsədlərə nail ola bilər.

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qürur və şərəf tarixidir! Bu şanlı tarix gələcək nəsillərə Vətən sevgisi, birlik, mübarizlik və dövlətə sədaqət nümunəsi olacaqdır.

Yaşasın müstəqil Azərbaycan! Yaşasın qəhrəman Azərbaycan Ordusu! Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!

Qarabağ Azərbaycandır!

Azturkxeber.az İnformasiya Agentliyinin rəhbəri Sahilə Bayramlı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30