azturkxeber.az
http://azturkxeber.az

Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib

23-07-2026

İyulun 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri, işğaldan azad olunmuş ərazilərdə daimi məskunlaşmanın təşkili üzrə komissiyanın sədri Eldar Zeynalov vətəndaşların növbəti qəbulunu keçirib.

Azturkxeber.az xəbər verir ki, aparat rəhbərinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər doğma yurda qayıtmaq istəklərini bildirib, bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərindən razılıq ifadə ediblər. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Onlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə cavablandırılacaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031