azturkxeber.az
http://azturkxeber.az

RSXM-də 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunub

06-11-2026

Noyabrın 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 8 Noyabr -Zəfər Günü və 9 Noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

Azturkxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin oxunmasından sonra Azərbaycan xalqının Milli Lideri, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

44 günlük Vətən müharibəsinin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli öz çıxışında Azərbaycan xalqının tarix boyu başına gətirilən faciələrdən də danışıb. O, həmçinin qeyd edib ki, RSXM-nin 23 əməkdaşı Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibələrinin iştirakçısı olub. Baş direktor onların Vətən qarşısında göstərdikləri xidmətlərdən söz açaraq, müharibə iştirakçılarının mərkəzin kollektivində təmsil olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycan Ordusunun Ali Baş Komandanı, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin 44 günlük Vətən müharibəsində qəhrəmanlıq tarixi yazdıqlarını bildirən baş direktor Azərbaycan xalqının birliyi sayəsində Zəfərin qazanıldığını qeyd edib. Azərbaycan xalqının öz Liderinin, Ali Baş Komandanın ətrafına bir yumruq kimi birləşdiyini qeyd edən professor Qurban Yetirmişli Vətən müharibəsində həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyərək, qazilərimizə öz sağlıqlarına qovuşmağı arzu edib. “Bu gün biz böyük Qələbəmizi, Şanlı Zəfərimizi qeyd edirik. Biz bu Qələbəyə 30 ildən çox yol qət edərək gəldik. Bütün dünyaya göstərdik ki, Qarabağ Azərbaycandır! Bu torpaqların sahibi tarixən də Azərbaycan xalqı olub. Bu gün də Azərbaycan xalqıdır. Əbədi də Azərbaycan xalqı olacaq! Bu Zəfər bayramı Azərbaycan xalqının tarixinə Ali Baş Komandanımızın və qəhrəman Azərbaycan oğullarının sayəsində qızıl hərflərlə yazıldı. Torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizə Tanrıdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzu edirik. Şəhidlərimizin əziz xatirəsi hər zaman qəlblərimizdə və tariximizdə yaşayacaq”. RSXM-nin baş direktoru həmçinin 9 Noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün də ölkəmiz və dövlətimiz üçün böyük əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində düşməndən azad olan torpaqlarımızda ilk olaraq əsgərlərimiz qələbə simvolu olaraq bayrağımızı ucaldıblar. Bu gün bayrağımız bütün ərazilərimizdə, şəhər və kəndlərimizdə vüqarla dalğalanır. Ona görə də hər iki bayramın eyni vaxtda qeyd olunması Tanrının və taleyin Azərbaycan xalqına bir töhfəsidir.

Daha sonra mərkəzin müharibə iştirakçılarından olan əməkdaşları - RSXM-nin baş direktorunun İnnovativ layihələr üzrə müavini, Siyasi elmlər doktoru Fətəli Abdullayev və Mülki Müdafiə Qərargahının rəisi Azad Rzayev keçdikləri döyüş yolu və müharibə xatirələrini danışıblar.

Sonda RSXM-nin Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfində 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30